RU

Balıkesirdə yenə güclü zəlzələ oldu

Türkiyədə - Balıkesirin Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Sındırgı rayonu olub. Sarsıntı saat 07:18-də baş verib və 12,9 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, oktyabrın 28-də Balıkesirdə 6,1 bal gücündə zəlzələ olmuş, bir sıra dağıntılar qeydə alınmışdı.

"Cebheinfo.az" 

Избранный
16
cebheinfo.az

1Источники