Qazi Qusarda narkotikin təsiri altında avtomobil idarə etdiyinə görə saxlanılıb.
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Volksvagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştirakçısı 28 yaşlı Rəfael Fərmanov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.