Bizon Azərbaycan kubokunun II təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu Prins Ovusunun het-triki ilə əlamətdar olub.
Apasport.az xəbər verir ki, 19 yaşlı qanalı futbolçu klub tarixinə bir oyunda üç qol vuran 7-ci futbolçu kimi düşüb.
Bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
"Qəbələ"nin tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeriyadır.
Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz Moldova ilə heç-heçə edib
"Qarabağ" - "Çelsi" oyununu ukraynalı hakimlər idərə edəcək
Bölgə klubu azarkeşlərinə görə cərimələnib
AFFA bu klublara texniki məğlubiyyət verib
Kadi Borges parataekvondoçuların məşqində iştirak edib