RU

Juninyonun komandasının rəqibi MƏLUM OLDU

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Braziliyanın "Palmeyras" klubu Libertadores Kubokunun finalına vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda Braziliya klubu Ekvador "LDU Quito"sunu 4:0 hesabı ilə məğlub edib.

İlk oyunda Ekvador komandası 3:0 hesablı qələbə qazansa da, finala yüksəlmək şansını dəyərləndirə bilməyib.

Latın Amerikasının ən nüfuzlu klub turnirinin final oyunu noyabrın 30-da keçiriləcək. "Palmeyras"ın rəqibi Braziliyanın digər təmsilçisi "Flamenqo" olacaq.

Cənubi Amerika ölkələrinin ən güclü klublarının iştirak etdiyi Libertadores Kuboku 1960-cı ildən keçirilir. "Palmeyras" və "Flamenqo" hərəyə üç dəfə turnirin qalibi olub.

Xatırladaq ki, "Flamenqo"nun heyətində "Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo da çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
bakivaxti.az

1Источники