RU

Ukraynanın səhiyyə naziri: Azərbaycanla əczaçılıq sektorunda dayanıqlı və davamlı əməkdaşlıq qurmağa hazırıq

Bakı, 31 oktyabr, AZƏRTAC

“Biz əczaçılıq sahəsində strateji əməkdaşlığın vacibliyini yüksək qiymətləndiririk. Bu əməkdaşlıq həm Ukrayna, həm də Azərbaycan üçün regional və qlobal bazarlara çıxış imkanlarını genişləndirir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Medinex 2025” sərgisi çərçivəsində keçirilən “Dialoqdan əməkdaşlığa: Ukrayna və Azərbaycanın əczaçılıq imkanları” mövzulu paneldə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko deyib.

O qeyd edib ki, hazırkı geosiyasi vəziyyətdə hər bir ölkə öz əczaçılıq müstəqilliyini yaratmaqda maraqlıdır. “Biz Ukrayna olaraq, strateji tərəfdaşlarımızla, o cümlədən Azərbaycanla əczaçılıq sektorunda dayanıqlı və davamlı əməkdaşlıq qurmağa hazırıq. Bu əməkdaşlıq dərman istehsalının inkişafını, keyfiyyət və təhlükəsizlik standartlarının yüksəldilməsini, həmçinin regional səhiyyə sistemlərinin gücləndirilməsini təmin edə bilər.

Həmçinin bu sərgidə Ukraynanın aparıcı istehsalçılarının təmsil olunması bizə qarşılıqlı öyrənmə və təcrübə mübadiləsi üçün böyük fürsət yaradıb. Biz bu imkanlardan səmərəli istifadə etmək və əməkdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindəyik”, - deyə ukraynalı nazir əlavə edib.

O, vurğulayıb ki, Azərbaycan ilə Ukrayna arasında əczaçılıq sahəsində qurulacaq tərəfdaşlıq həm strateji, həm də iqtisadi baxımdan faydalı olacaq: “Biz müxtəlif müzakirələrə, fikir mübadiləsi və yeni layihələrə həmişə hazırıq”.

Избранный
27
2
azertag.az

3Источники