RU

Zəngəzur dəhlizinin Ermənistandan keçən dəmir yolunun tikintisini kim maliyyələşdiriləcək? - İrəvan vəsait ayırmır

Hurriyyet.az xəbər verir ki, Ermənistanın 2026-cı il büdcəsində Naxçıvana aparan dəmir yolunun təmiri üçün vəsait ayrılmayıb.

Ermənistanın 2026-cı il dövlət büdcəsi layihəsində Yerasx (1968-ci ilə qədər Arazdəyən) qəsəbəsindən Naxçıvanla sərhədə qədər dəmir yolu xəttinin təmiri üçün vəsait nəzərdə tutulmayıb.

Ermənistan mediasının məlumatına görə, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan parlament komitələrinin iclasında nazirliyin büdcə təkliflərini təqdim edərkən bu barədə açıqlama verib.

Deputatların suallarına cavab verən nazir bölgədə nəqliyyat yollarının açılması üçün dəmir yolu infrastrukturunun hazırlanmasının maliyyələşdirilməsinin nəzərdə tutulmadığını bildirib.

Onun sözlərinə görə, Meğri bölgəsində infrastrukturun idarə olunması üzrə ABŞ ilə əməkdaşlığın əlaqələndirilməsi ilə bağlı məsələlər Baş nazirin müavini Mher Qriqoryanın ofisinin səlahiyyətindədir.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Azərbaycan, ABŞ və  Ermənistan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinin sözlərinə görə, Ermənistan Trampın rəhbərlik etdiyi TRIPP layihəsinə əsasən, ABŞ-a marşrutun inkişafı üçün 99 ilə qədər eksklüziv  hüquqlar verəcək. Amerika tərəfi torpağı infrastruktur və idarəetmədən məsul olan konsorsiuma icarəyə verməyi planlaşdırır.

Hürr Tərcüman

 

Избранный
13
1
hurriyyet.az

2Источники