RU

Qazaxıstan Rusiya yüklərini SƏRHƏDDƏN BURAXMIR

Yazını böyüt
Yazını kiçilt

Rusiya Federal Gömrük Xidmətinin (FTS) növbələrin qaldırıldığına dair açıqlamalarına baxmayaraq, aylardır Qazaxıstan sərhədindəki gömrük qapılarında gözləyən yüklərlə bağlı şikayətlər davam edir.

Hafta.az-ın yazdığına görə, bitki becərmə avadanlığı istehsal edən AtomPot şirkətinin meneceri Artem Bardij, üzləşdikləri çətinlikləri izah edərək, Çindən sifariş etdikləri materialların bir aydır sərhədi keçə bilmədiyini deyib.

Bardijə görə, bir həftə əvvəl hakimiyyət orqanları ona problemin yeni bir sərəncamla həll ediləcəyinə dair söz versə də, vəziyyət dəyişməyib.

Bardij əlavə edib ki, eyni konteynerdə 60-dan çox insan eyni zamanda materiallarını gözləyir və müxtəlif sektorlardan olan iş adamları da eyni problemlə üzləşirlər. Sərhəddə uzun növbələrin əsas səbəbi Qazaxıstanın “boz idxal”la mübarizə aparmaq üçün tətbiq etdiyi sərt nəzarət və Rusiyaya qarşı sanksiyalardan yayınmaq cəhdləri ilə əlaqələndirilir. Gömrük orqanları bəyan edilmiş malların faktiki yüklə uyğunluğunu yoxlayır və ehtiyat hissələri əvəzinə geyim və ya elektronika daşındığı halları müəyyən ediblər.

Bardij izah edib ki, onlar Rusiyada istehsal edirlər və Çindən idxal etdikləri çap dövrə lövhələri olmadan istehsala davam edə bilməzlər. “Bu hissələri Rusiyada istehsal etmək olmaz, ona görə də biz onları Çindən gətirməliyik”, - deyə o, təchizat zəncirindəki fasilənin onların biznesinə mənfi təsir göstərdiyini qeyd edib.

Избранный
27
hafta.az

1Источники