RU

Avtobus sürücülərindən narazılıq bitmir: “Bundan sonra belə olacaq...”

Jurnalist Alçina Amilqızı Bakıdakı 2 nömrəli avtobusda yaşanan xoşagəlməz hadisə barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ölkə.az xəbər verir ki, onun sözlərinə görə, səhər saatlarında avtobusa minən yaşlı sərnişin nəzakətlə sürücüyə yaxınlaşıb və “Bala, hardasız, yarım saatdır niyə yoxsuz?” deyə soruşub.

Lakin sürücü kobud şəkildə cavab verib: “Bundan sonra belə olacaq...”

“Yaşlı sərnişin pərt olmuş vəziyyətdə salona keçdi. Bu, necə münasibətdir? "BakuBus" və ya AYNA sürücülərinə sərnişinlə bu cür danışmağı öyrədir? Hər dəfə ‘təlimlər keçirik, xidmət keyfiyyətini artırırıq’ deyirsiniz, bəs o təlimlərdə nəzakət, empatiya, yaşlılara hörmət deyilən anlayışlar yoxdur? Sərnişin ictimai nəqliyyatın əsəbini çəkməli, bir də üstəlik sürücünün kobudluğuna dözməlidir?”, – deyə A.Amilqızı qeyd edib.

Həmidə İbrahimova

Избранный
14
1
olke.az

2Источники