RU

Rusiya Ukraynada Trampı nüvə sazişindən çıxmağa vadar edən raketdən istifadə edir

9M729 raketinin tətbiqi Moskvanın Avropaya təzyiq mesajı kimi qiymətləndirilir...

Poliqon xəbər verir ki, Rusiya Ukraynaya qarşı 9M729 tipli qanadlı raketdən istifadə etməyə başlayıb. Bu, vaxtilə ABŞ-ni nüvə silahlarının məhdudlaşdırılması üzrə müqavilədən çıxmağa sövq edən silah növüdür. Məlumatı Reuters Agentliyi Ukraynanın xarici işlər naziri Andrey Sibigaya istinadən yayıb.

Sibiganın açıqlaması Rusiyanın 9M729 yerüstü qanadlı raketindən faktiki döyüş şəraitində – Ukraynada və ya digər bölgələrdə – istifadə etməsinə dair ilk rəsmi təsdiq sayılır. Ukraynalı yüksək vəzifəli başqa bir məmurun sözlərinə görə, Rusiya avqustdan bəri bu raketləri Ukraynaya 23 dəfə atıb. Bundan əlavə, Kiyev 2022-ci ildə daha iki buraxılış faktını qeydə alıb.

Məhz bu raketə görə ABŞ 2019-cu ildə Orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilədən (DRSMD) çıxdığını elan etmişdi. Vaşinqton hesab edirdi ki, 9M729 modeli müqavilənin 500 kilometrlik uçuş məsafəsi məhdudiyyətini aşır. Moskva isə bu iddianı təkzib etmişdi.

Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) Missile Threat layihəsinin məlumatına görə, 9M729 raketi nüvə və ya adi döyüş başlığı daşıya bilər və 2500 kilometrə qədər məsafəyə uçmaq qabiliyyətinə malikdir. Ukrayna mənbələrinin bildirdiyinə əsasən, 5 oktyabrda buraxılan raket təxminən 1200 kilometr məsafə qət etdikdən sonra Ukrayna ərazisində partlayıb.

Mütəxəssislər hesab edirlər ki, 9M729-un istifadəsi Rusiyanın Ukraynaya qarşı uzaqmənzilli hücum arsenalını genişləndirir və eyni zamanda Avropaya qarşı siyasi-hərbi təzyiqin bir hissəsinə çevrilir.

Pacific Forum analitik mərkəzinin baş elmi əməkdaşı Uilyam Alberke bildirib: “Məncə, Putin Ukrayna üzrə danışıqlarda təzyiqi artırmaq istəyir”, – deyə Alberke vurğulayıb ki, 9M729 raketi ilk növbədə Avropadakı hədəfləri vurmaq üçün nəzərdə tutulub.

Poliqon.info

Избранный
44
poliqon.info

1Источники