RU

Rusiyada Qurana qarşı təhqiramiz memlər qadağan edildi

Moskvanın Preobrajenski Rayon Məhkəməsi ölkə ərazisində Qurana qarşı təhqiramiz məzmunlu şəkil və memlərin yayılmasını qadağan edən qərar qəbul edib.

Musavat.com xəbər verir ki, qərar prokurorluğun apardığı yoxlama nəticəsində qəbul olunub — araşdırma zamanı Quranın təhqiredici şəkildə təsvir olunduğu və alçaldıcı yazılarla müşayiət edilən materiallar aşkarlanıb.

Məhkəmə bu paylaşımları ekstremist xarakterli hesab edib və onların tam bloklanmasına göstəriş verib.

Qərar sosial şəbəkələrdə dini dəyərlərin qorunması və ifadə azadlığının sərhədləri barədə müzakirələri yenidən gündəmə gətirib.

Musavat.com

Избранный
30
1
musavat.com

2Источники