Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı sevindirici xəbər
Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində tikinti işləri yekun mərhələyə çatır.BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında bildirib. "Azərbaycan bölgədə nəqliyyat və logistika əlaqələrinin qurulması üçün yerində ciddi işlər aparır", - paylaşımda vurğulanıb.