RU

Gənc komadan ayılıb sevgilisini qətldə ittiham etdi

Amerika Birləşmiş Ştatlarının Floridа ştatında gənc oğlan koma vəziyyətindən ayıldıqdan sonra öz sevgilisini ölümünə səbəb olmaqda ittiham edib. AzPost People nəşrinə istinadla xəbər verir ki, 22 yaşlı Deniel Uoterman ağır avtomobil qəzasından sonra bir neçə ay koma vəziyyətində qalıb, lakin sonradan ayılaraq istintaqa ifadə verib.

Hadisə fevralın 9-da baş verib. Uoterman sükan arxasında olan 24 yaşlı sevgilisi Leya Mambi ilə birgə avtomobildə olub. Qız söhbət zamanı hamilə olduğunu bildirib və həmin an sevgilisinin telefonuna başqa qadından gələn mesajı görüb. Bu, onların arasında mübahisəyə səbəb olub.

Uotermanın sözlərinə görə, Mambi avtomobili yüksək sürətlə idarə edərək qəzaya səbəb olub. O, avtomobildən düşmək istəyəndə qız qışqıraraq deyib: “Mənə fərqi yoxdur nə olacaq, amma sən cəzanı alacaqsan!” — və maşını ağaca çırpıb.

Qəza nəticəsində Leya Mambi sağ qalıb və hamilə olduğu uşaq da xilas edilib. O, polislərə baş verənləri xatırlamadığını bildirib. Uoterman isə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. May ayında ayıldıqdan sonra istintaqa ifadə verib və hadisənin qəza yox, qəsdən törədilmiş cinayət olduğunu təsdiqləyib.

Təəssüf ki, o, oktyabrın 8-də aldığı xəsarətlərin nəticəsində dünyasını dəyişib. Hadisədən sonra, oktyabrın 24-də Leya Mambi qəsdən adam öldürmə və bir neçə digər cinayətdə ittiham olunub.

Mərhumun ailəsi qadının valideynlik hüququndan məhrum edilməsini tələb edir. “Biz uşağın belə bir ananın himayəsində böyüməsinə razı ola bilmərik,” — deyə Uotermanın babası bildirib.

Hazırda istintaq davam edir, Leya Mambi isə özünü günahsız hesab etdiyini deyib.

AzPost.az

Избранный
30
1
azpost.info

2Источники