ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Yunanıstanda qadınların hərbi xidmətə cəlb olunması ilə bağlı müzakirələr yekunlaşdı.
Müdafiə Nazirliyi qadınlar üçün könüllü hərbi xidmət proqramını işə salır.
"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan 2026-cı ildən etibarən qadınlar üçün könüllü hərbi xidmət tətbiqinə başlayacaq.
Müdafiə naziri Nikos Dendias yeni proqramın ilk mərhələsində 100–150 nəfərlik könüllü birliyin yaradılacağını açıqlayıb.
Onun sözlərinə görə, məqsəd qadınların ordu ilə əlaqəsini gücləndirmək və kişilərlə bərabər şəraitdə xidmət edə biləcəkləri bir struktur formalaşdırmaqdır.
Bu çərçivədə yeni hərbi obyektlər inşa ediləcək və ordu daxilində mədəni dəyişiklik prosesi başlayacaq.
Qadınlar 1998-ci ildən bəri Yunanıstan silahlı qüvvələrində xidmət edə bilirlər, lakin bu təşəbbüs ölkədə qadınlara yönəlik ilk rəsmi könüllü hərbi xidmət proqramı kimi tarixə düşəcək.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.