BAKI, 31 oktyabr. TELEQRAF
“2018-ci ildə Rusiya prezidenti Vladimir Putinin “Burevestnik” və “Poseydon” haqqında dediklərinə inanmayanlar indi inanmaq məcburiyyətində qalacaqlar”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə bildirib.
“Əgər kimsə deyirsə ki, yeni silahlarımız birdən-birə ortaya çıxıb və bunlar gözlənilməzdir, bu məsələdə bir şeyi deyə bilərəm: heç bir gözlənilməzlik yoxdur, mən “Burevestnik” və “Poseydon”u nəzərdə tuturam. Vladimir Vladimiroviç bunu 2018-ci ildə Federal Şuraya müraciəti zamanı böyük tribunadan demişdi. Bəlkə o vaxt kimsə inanmadı, amma indi inanmaq məcburiyyətində qalacaq”, - Şoyqu qeyd edib.
O əlavə edib ki, Rusiya həmişə öz poliqonlarını lazım gələrsə, istifadəyə hazır saxlayıb:
“Əlbəttə, poliqonlarımızı həmişə hazır vəziyyətdə saxlamışıq ki, onlar işlək vəziyyətdə olsunlar və lazım gələrsə, istənilən vaxt istifadə oluna bilsinlər”.
 
                        