RU

İndoneziyada timsah fəhləni çaya sürükləyib

İndoneziyada timsah palma plantasiyasında çalışan fəhləyə hücum edərək onu çaya aparıb. AzPost The Borneo Post nəşrinə istinadla xəbər verir ki, hadisə Makassar şəhəri yaxınlığında baş verib.

Məlumata görə, 47 yaşlı Muxlis Tentra adlı işçi həmkarları ilə birlikdə sahədə alaq otlarını zəhərləyici maddə ilə təmizləyirmiş. O, çiləyici üçün su götürmək məqsədilə çaya yaxınlaşarkən birdən sudan çıxan timsahın hücumuna məruz qalıb. Hadisə onun həmkarının gözü qarşısında baş verib.

Timsah fəhləni dərhal suya dartaraq uzaqlaşıb. Hadisə yerinə polis və xilasedicilər cəlb edilib, lakin indiyədək işçinin cəsədi tapılmayıb.

Xilasedicilərin bildirdiyinə görə, axtarışlara ərazidə zəif rabitə və çətin hava şəraiti mane olur. Buna baxmayaraq, əməliyyat davam etdirilir.

Son illərdə İndoneziyada timsah hücumlarının sayının artdığı, xüsusilə sənaye plantasiyalarına yaxın çaylarda bu cür hadisələrin tez-tez baş verdiyi qeyd olunur.

AzPost.az

Избранный
23
1
azpost.info

2Источники