RU

Məktəblilərin gündəlik həyatına nəzarət edilməlidir

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycanda məktəblilərin iştirakı ilə çəkilmiş qeyri-etik video yayılıb.

Sosial şəbəkələrdə yayılan videoda bir neçə oğlan və bir qızın intim hərəkətlər etməsi yer alıb.

Rayonların birində çəkilmiş görüntülər və baş vermiş hadisə ilə bağlı aidiyyəti Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Cinayət işi üzrə istintaqa cəlb olunan şəxslər var.

Bu, bir hadisə deyil, həm də valideyn, məktəb və cəmiyyət olaraq məsuliyyətimizi xatırladan ciddi siqnaldır.

Valideynlər uşaqlarını yalnız məktəbə göndərməklə işlərini bitmiş saymamalıdır. Telefon, planşet və sosial media vasitəsi ilə uşaqların gündəlik həyatına nəzarət edilməli, onlara düzgün rəqəmsal davranış və şəxsi sərhədlərin önəmi öyrədilməlidir. Məktəb və müəllimlər də, əlbəttə ki, təhsilin keyfiyyətini artırmaqla yanaşı, əxlaqi və sosial tərbiyənin təminatçısı olmalıdır.

Bu hadisə göstərir ki, uşaqların tərbiyəsi və təhlükəsizliyi yalnız bir qurumun və ya şəxsin üzərinə düşmür. Hər birimiz, valideyn, müəllim və cəmiyyət olaraq onların dünyaya baxışını formalaşdırmalı, rəqəmsal mühitdəki risklərdən qorumağa çalışmalıyıq. Yoxsa sadəcə qınaq və cəza ilə heç bir uğur əldə etmək mümkün olmayacaq.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
icma.az

1Источники