RU

Belçikalı investorlar Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət olunub

Bakı. Trend:

Azərbaycan və Belçika arasında qarşılıqlı sərmayətəşəbbüslərinin reallaşması imkanları dəyərləndirilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Belə ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BelçikaMüəssisələri Federasiyasının prezidenti, “FiB Belgium” şirkətininicraçı direktoru Rene Branders ilə görüşüb.

Görüşdə Azərbaycanın Belçika Krallığı ilə əlaqələrin inkişafınaönəm verdiyi vurğulanıb, keçirilən görüş və tədbirlərin, aparılandanışıqların iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyət kəsbetdiyi qeyd olunub. Belçika ilə ticarət, sənaye, enerji, nəqliyyatvə digər istiqamətlər üzrə işbirliyinin gücləndirilməsi üçünimkanlar diqqətə çatdırılıb. Belçikalı investorlar ölkəmizdə həyatakeçirilən layihələrdə fəal iştiraka dəvət olunub.

Tərəflər Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığınprioritetləri, qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması vəixrac missiyalarının təşkili imkanlarını dəyərləndiriblər.

Qeyd edək ki, Belçika Müəssisələri Federasiyası 1973-cü ildəBelçika Sənaye Federasiyası və Belçikanın Sənaye OlmayanMüəssisələr Federasiyasının birləşməsi ilə yaradılıb. Qurum 40-dançox sahəvi federasiya vasitəsilə 50 mindən çox şirkəti özündəbirləşdirir.

Избранный
50
10
az.trend.az

10Источники