RU

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 8-ci iclası Azərbaycanda keçiriləcək

Bakı. Trend:

Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-BolqarıstanHökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbərverir.

Məlumata görə, iclasdan əvvəl hökumətlərarası komissiyanınAzərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri MəcnunMəmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanınBolqarıstan tərəfindən həmsədri, energetika naziri Jeço Stankovunrəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub.Görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlığınistiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiyatransferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlıinvestisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanıOrta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə, qidatəhlükəsizliyi, ətraf mühitin mühafizəsi, əmək və sosial müdafiə,səhiyyə, mədəniyyət, turizm sahələrində əməkdaşlıq və digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-BolqarıstanHökumətlərarası Komissiyanın 7-ci iclası öz işinə başlayıb.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan HökumətlərarasıKomissiyanın həmsədri, energetika naziri Jeço Stankov qeyd edib ki,Bolqarıstan tərəfi qarşılıqlı maraq doğuran bütün sahələrdə -ticarət və sənaye, investisiyalar, enerji, nəqliyyat, kəndtəsərrüfatı, müdafiə, turizm, mədəniyyət və digər sahələrdəAzərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanı Bolqarıstanınstrateji iqtisadi tərəfdaşı adlandıran Jeço Stankov enerjisahəsində əlaqələrin ikitərəfli münasibətlərdə əsas rol oynadığınıvurğulayıb. O əlavə edib ki, Bolqarıstan enerji mənbələrinin vəmarşrutlarının şaxələndirilməsini prioritet istiqamət kimi müəyyənedən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə mühüm önəmverir.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan HökumətlərarasıKomissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 30ildir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlainkişaf etdiyini, Azərbaycanın Bolqarıstanla qurulmuş çoxşaxəliəməkdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsinə böyükəhəmiyyət verdiyini və bütün sahələrdə əlaqələrin inkişafı üçünböyük potensialın olduğunu qeyd edib. Həmsədr iki ölkənin iqtisadipotensialını nəzərə alaraq ticarət əlaqələrinin daha daşaxələndirilməsinin, ticarət dövriyyəsinin artırılmasınınvacibliyinə diqqət çəkib və bildirib ki, birgə təşkil olunan biznesforumlar, ixracyönümlü rəqabətqabiliyyətli məhsullar haqqındamütəmadi məlumat mübadiləsi aparmağa imkan verəcək.

Nazir Azərbaycanın istehsal etdiyi məhsulların, o cümlədən kəndtəsərrüfatı məhsullarının Bolqarıstan vasitəsilə Avropa İttifaqı vəüçüncü ölkələrə ixracı ilə bağlı yaranan çətinliklərin vəbürokratik əngəllərin aradan qaldırılmasının vacibliyinə toxunub.Məcnun Məmmədov hər iki ölkənin iş adamlarını məhsul ixracı üçünəlverişli coğrafi mövqelərdən, Azərbaycan və Bolqarıstandakıiqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağaçağırıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−BolqarıstanHökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dairprotokol imzalanıb. Sənəd iki ölkə arasında iqtisadiyyat, kəndtəsərrüfatı, qida təhlükəsizliyi, sənaye, energetika, nəqliyyat,informasiya kommunikasiya texnologiyaları, elmi-texniki vəhumanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrindəikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur.Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəflimünasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsiniyyəti öz əksini tapıb.

Tərəflər İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−BolqarıstanHökumətlərarası Komissiyanın 8-ci iclasının gələn il Azərbaycandakeçirilməsi barədə razılığa gəliblər.

Избранный
35
6
az.trend.az

7Источники