RU

Trampın Putinlə görüşü ləğv etməsi səbəbi açıqlanıb

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Financial Times”: Tramp Rusiyanın Ukrayna ilə bağlı Vaşinqtona göndərdiyi sərt memoranduma görə Putinlə görüşü ləğv edib

ABŞ Prezidenti Donald Tramp Moskvanın Vaşinqtona Ukrayna ilə bağlı tələbləri ehtiva edən memorandum göndərməsindən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, "ABŞ tərəfi Prezident Donald Tramp və Vladimir Putin arasında Budapeştdə planlaşdırılan zirvə görüşünü ləğv edib, çünki Ukrayna ilə bağlı sərt tələbləri ehtiva edən Rusiya memorandumundan sonra iki ölkənin yüksək vəzifəli diplomatları arasında gərgin telefon danışığı baş verib".

“Financial Times”  aydınlaşdırıb ki, memorandum ABŞ-a Putinin 16 oktyabrda Trampla telefon danışığından bir neçə gün sonra göndərilib. Sənəddə Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya qarşı tələbləri qeyd edib: ərazi güzəştləri, Ukrayna Silahlı Qüvvələrinin sayının kəskin şəkildə azaldılması və Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağına dair zəmanətlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
ayna.az

1Источники