Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Ən çox bahalı repetitorlar elə litsey və gimnaziyalarda olur. Litsey və gimnaziyalarda oxuyan şagirdlərin əksəriyyəti də repetitor yanına gedir.
Yaxşı, əgər bu litsey və gimnaziyalara bu qədər vəsait ayrılırsa, bəs niyə onların şagirdləri yenə də repetitor yanına getməyə məcbur qalır?”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib:
“Litsey və gimnaziyalar həqiqətən istedadlı şagirdlərlə formalaşmalıdır. Bu təhsil ocaqlarına şagird qəbulu ən azı 5 yaşdan başlanmalıdır. Bu zaman uşaqların IQ səviyyəsini ölçən mexanizmlərdən istifadə edilməli, onların məntiqi təfəkkürü, riyazi bacarıqları və nitq qabiliyyəti nəzərə alınmalıdır.
Azərbaycan dili fənninə sadəcə qaydalar qoymaqla istedadlı uşaqları müəyyənləşdirmək mümkün deyil. Əgər məqsəd istedadlı uşaqları seçməkdirsə, onda onların səviyyəsini ölçmək lazımdır — 5 yaşdan başlayaraq”.
Təhsil eksperti qeyd edib ki, litsey və gimnaziyalara qəbul bütün siniflər üzrə mərhələli şəkildə həyata keçirilməlidir.
“İlk növbədə 12 illik təhsil sistemi litsey və gimnaziyalara tətbiq olunmalıdır.
İki il əvvəl 16 məktəb publik hüquqi şəxs elan edilib, lakin hələ də real fəaliyyətə başlayıb irəliləyə bilməyib.
5 yaşdan başlayaraq litsey və gimnaziyalara qəbul həyata keçirilməli, şagirdlərin riyazi təfəkkürü, məntiqi və nitq bacarıqları, həmçinin psixoloji dayanıqlığı qiymətləndirilməlidir.
Bundan əlavə, hər sinif üzrə qəbul həyata keçirilməli, 5-ci sinifdə və 10-11-ci siniflərdə də yenidən qəbul mərhələləri təşkil olunmalıdır. İstedadlı uşaqlarla iş sistemi Təhsil İnstitutunun manipulyasiyasından kənarda olmalıdır. Təhsil İnstitutunun əsas vəzifəsi istedadlı uşaqlarla işləmək üçün metodologiyaları hazırlamaqdan ibarət olmalıdır”.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.