RU

Azərbaycan pomidor ixracından 157 mln. dollar qazanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 157.2 mln. ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu, illik müqayisədə 17.6 milyon dollar və ya 12.6% çoxdur. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında pomidor ixracının ümumi dəyəri 139.6 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl  (27.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (17.1 milyon ABŞ dolları) ikinci, meşə fındığı (12.1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
42
1
banco.az

2Источники