Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışı 9 dekabr saat 11:00-da başlayacaq. Mənzillər Hövsan Yaşayış Kompleksinin birinci və ikinci mərhələləri, Sumqayıt, Lənkəran, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində təqdim olunacaq. Bəs kimlər bu mənzilləri ala bilər? İlkin ödəniş nə qədər olmalıdır? Metbuat.az-ın məlumatına görə, güzəştli mənzil almaq hüququna yaşı 35-dən çox olmayan gənc ailə üzvləri, şəhidin və qəhrəmanların övladları, məcburi köçkünlər, azı 3 il dövlət qulluğunda və ya müəllim işləyənlər, fəlsəfə doktorları, idman sahəsində fərqlənən şəxslər və ən azı 5 il jurnalist kimi fəaliyyət göstərən şəxslər malikdir.Yaşından asılı olmayaraq şəhid ailələrinin üzvləri, qəhrəmanlar, elmlər doktorları, 15 ildən çox dövlət qulluğunda və ya müəllim işləyənlər, eləcə də daxili işlər, hərbi və elmi sahədə müəyyən müddət xidmət keçmiş şəxslər də bu imkandan yararlana bilirlər.Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda ən azı 10% ilkin ödəniş etməlidir.Qeyd edək ki, gözləmə qaydasında mənzillərin seçimi 12 dekabr saat 11:00-dək davam edəcək.Ətraflı məlumat üçün https://mida.gov.az/elektron-xidmetler/satis-elanl... saytına keçid edə bilərsiniz.Sevinc İbrahimzadə / Metbuat.az