RU

Zabratda qatar hərəkətdə olarkən daş atılıb

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb

Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AYNA.AZ-a bildirilib ki, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

“Xatırladaq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada aşkar edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır. ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır”, - məlumatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
6
ayna.az

10Источники