RU

Niderland seçkiləri: Avropada mərkəzçiliyin geri dönüş siqnalı

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Niderlandda keçirilən parlament seçkilərində “Demokratlar 66” (D66) partiyası 150 yerlik parlamentdə 27 mandatla lider olub.

Geert Vildersin rəhbərlik etdiyi sağ populist Azadlıq Partiyası (PVV) 25 yer qazanıb. Heç bir partiya mütləq çoxluq əldə etmədiyindən, hökumət qurmaq üçün ən azı 76 yerlik koalisiya formalaşdırılmalıdır.

Seçici fəallığı 76,3% təşkil edib ki, bu da ötən seçkilərlə müqayisədə bir qədər azdır.

Seçkilərin nəticələri Avropada mərkəzçi və liberal partiyaların mövqeyini necə əks etdirir?

Bütün bunlar Aİ siyasətinə necə təsir edəcək?

D66-nin yüksəlişi sadəcə Niderlandda deyil, Avropa demokratiyalarında mərkəzdəçi/​liberal siyasi xəttin yenidən müəyyən dərəcədə “dirçəlməsi” kimi oxuna bilər. Çünki seçki öncəsi sağ populist PVV qeyri-adi yüksəliş yaşayıb, lakin nəticədə D66 onu qabaqlayıb.

Bu, şərtsiz şəkildə “sağ populizm məğlub oldu” demək deyil. Mərkəzdə və liberallarda bu qədər səs dəstəyi görmək, vətəndaşların bəzi radikal alternativlərdən ehtiyat edərək “mümkün alternativ” kimi daha stabil, proqnozlaşdırıla bilən partiyalara yönəlməsi trendinə uyğun görünə bilər. Bu da Avropada bir növ “mərkəzə qayıdış” kimi şərh edilir.

Həmçinin çoxpartiyalı sistemlərin və koalisiyaların olduğu belə ölkələrdə mərkəzçi partiyaların daha çevik davranması, populist partiyalarla müqayisədə koalisiya formalaşdırma şansının daha çox olması seçicilər üçün “idarəetmə qabiliyyəti” anlamında üstünlük yarada bilər.

Beləliklə, Niderland nümunəsi Avropadakı liberal-mərkəzçi partiyaların hələ sıradan çıxmadığını, “sağ populizm”ə qarşı müəyyən müqavimətin formalaşdığını göstərir. Bu həm də seçicilərin radikal dəyişikliklərdən sonra daha stabil və “mühafizəkar” idarəetmə xətlərini üstün tutduğunu göstərə bilər.

Digər tərəfdən, D66-nin qalib gəlməsi Avropa İttifaqına münasibətdə nisbi olaraq müsbət işarədir. Liberal partiyalar Aİ-nin əsas qurumları ilə əməkdaşlığa meyllidir, inteqrasiyaya daha açıqdır. Belə bir partiyanın hökumət qurması Niderlandın Aİ çərçivəsində daha aktiv, pro-Avropa mövqe tutmasına gətirib çıxara bilər. Əks halda, populist və milli yönümlü partiyalar (PVV kimi) Aİ-nin inteqrasiyası, miqrasiya siyasətləri kimi məsələlərdə daha sərt mövqelər tutmağa meyllidir. PVV-nin mandatlarının artması olsaydı, Aİ çərçivəsində daha çox dəyişkən ssenarilər meydana gəlmə ehtimalı yüksəldilmiş olardı. Çünki Vahid Avropa bazarı, klimalə əlaqəli təşəbbüslər, enerji keçidi, sosial siyasətlər və vurğulanan digər Aİ istiqamətləri üçün bu seçimlər önəm daşıyır.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
icma.az

1Источники