RU

Tələbələrin sosial rifahını necə yaxşılaşdırmaq olar? -Mütəxəssis DANIŞDI

"İctimai nəqliyyatda aylıq və yaxud illik paketlərə keçirilməklə bağlı sabit qiymətlər müəyyən edilsə, bu, tələbələrin sosial rifahına müsbət təsir edəcək. Dünyanın əksəriyyət ölkəsində bu plan bu formada tətbiq edilir".

Bu fikirləri Redaktor.az-a ali təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli tələbələrə ictimai nəqliyyatda günlük, aylıq və illik bilet paketlərinin verilməsi barədə təklifi dəyərləndirərkən bildirdi.

"Dünya ölkələrində müəyyən həssas qruplara, tələbələrə bu endirim paketləri təklif edilir. Bu, tələbələrin daha az xərclə təhsil ala bilməsinin imkanını yaradır. Təbii ki, bu, daha çox ictimai nəqliyyatdan istifadəyə birbaşa müsbət təsir edir ki, bu da gələcəkdə eyni mövcud vəziyyətdə təbiəti qorumaq istiqamətində kifayət qədər müsbət bir addım olardı. Düşünürəm ki, bu, daha proqressiv olar. İnsanların, xüsusilə tələbələrin müəyyən xərcləri var. Onların xərclərinin azaldılması istiqamətində müsbət dinamika müşahidə edə bilərik", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Избранный
16
1
redaktor.az

2Источники