Azertag saytına istinadən ain.az xəbər verir.
Xaçmaz, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC
8 Noyabr – Zəfər Günü ərəfəsində Xaçmaz şəhərindəki Mədəniyyət və istirahət parkı əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir layihə əsasında yenilənən parkda gəzinti yollarına tamet daşları döşənib, yeni yaşıllıq zolaqları və qazon örtüyü salınıb, müxtəlif növ ağaclar, dekorativ gül-çiçək kolları əkilib. Parkda həmçinin yeni oturacaqlar və zibil qabları quraşdırılıb, ərazidə işıqlandırma sistemi yenilənərək daha cəlbedici görkəm alıb.
Parkda yaradılan şəraitlə tanışlıq zamanı ərazidə yeni ağaclar əkilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, şəhər ərazisində, eləcə də qəsəbə və kəndlərdə abadlıq və quruculuq işləri mərhələli şəkildə davam etdiriləcək.
Rayon ziyalıları sakinlərin asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.