RU

Uruqvay Braziliya ilə sərhədi möhkəmləndirir

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Uruqvay hökuməti Rio-de-Janeyrodakı vəziyyətdən narahatdır

Uruqvayın daxili işlər naziri Karlos Neqro Rio-de-Janeyroda polis əməliyyatından sonra Uruqvayın Braziliya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “La Diaria” qəzeti məlumat yayıb.

Nazitr sərhəddə təhlükəsizliyin və nəzarətin gücləndirilməsi üçün aydın əmrlərin olduğunu və polisin bütün lazımi tədbirləri gördüyünü bildirib.

Neqro əlavə edib ki, Uruqvay hökuməti Rio-de-Janeyrodakı vəziyyətdən narahatdır.

Nazir deyib ki, hadisəni regiondakı digər yüksək vəzifəli şəxslərlə müzakirə etmək üçün tezliklə Braziliyaya səfər etməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
ayna.az

1Источники