RU

Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edilib (FOTO)

Bakı. Trend:

31 oktyabr 2025-ci il tarixində Azərbaycan RespublikasıAudiovizual Şurası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikafakültəsinin tələbələri üçün növbəti seminar-təlim təşkil edib.

Bu barədə Trend-ə Audiovizual Şuradan məlumatverilib.

Bildirilib ki, tədbirdə çıxış edən BDU-nun Beynəlxalqjurnalistika və informasiya siyasəti kafedrasının müdiri AynurNəsirova Audiovizual Şura ilə Bakı Dövlət Universiteti arasında həril uğurla davam etdirilən əməkdaşlığın bu il də tələbələr üçüntöhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiriTaleh Quliyev Audiovizual Şuranın fəaliyyət istiqamətləri,audiovizual media subyektləri, həmçinin görülən işlər barədətələbələrə ətraflı məlumat vermişdir. Taleh Quliyev Şuranın təşkiletdiyi maarifləndirici tədbirlər haqqında da danışıb.

Seminarın növbəti mərhələsində Audiovizual Şuranın Hüquq vəbeynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı"Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusundageniş təqdimat etmişdir. Ayxan Sadıqlı tələbələrə audiovizualmedianın tənzimləmə mexanizmləri, hüquqi aspektləri, tənzimləyiciqurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri haqqındaməlumat verib.

İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıransualların cavablandırılması və real hadisələr-nümunələrin izahı vəmüzakirələrlə davam edib.

Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Məqalədə:
Избранный
17
az.trend.az

1Источники