RU

Ukrayna Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb

Bakı. Trend:

Cari ilin yanvar- sentyabr ayları ərzində AzərbaycandanUkraynaya 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsullarıixrac edilib.

Trend bu barədəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxracicmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 67 milyon ABŞ dolları və ya 83,4 faiz çoxdur.

Təkcə sentyabr ayında Azərbaycandan həmin ölkəyə 15,5 milyon ABŞdolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da2024-cü ilin sentyabrı ilə müqayisədə 7 milyon dollar və ya 1,8dəfə çoxdur.

Məqalədə:
Избранный
20
az.trend.az

1Источники