RU

Ruslar Sovetskidə məscid tikməyə başladı...-FOTO

İlhaq edilmiş Krımda qurulmuş Respublika Müsəlman Ruhani İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Krımın Sovetski rayonunun Vostoçnoye kəndində çoxdan gözlənilən məscidin tikintisinə başlanılıb. Müsəlman məbədinin təməlinin qoyulması mərasimi regionda əlamətdar hadisə olub.
 
Moderator.az bu haqda "Islamnews" nəşrinə istinadla xəbə verir.
 
Beləliklə, Rusiya sovet dövründə tatar əhalisini Qazaxıstan, Sibir çöllərinə sürgün etmiş olduğu, indi isə saxta referendumla Ukraynadan ilhaq etdiyi Krımda müsəlman tatarlar üçün məscid tikir.
 
Mərasimdə təkcə Vostoçnoye sakinləri deyil, həm də qonşu kəndlərin sakinləri iştirak ediblər. Tədbirdə yerli hökumət nümayəndələri, ictimaiyyət və din xadimləri, o cümlədən Sovetski Rayon Şurasının sədri Viktoriya Qritsay, İliçevski Kənd Şurasının sədri Tatyana Levenenko, Rayon Müsəlman İcmalarının sədri Edem Umerov və "Krım Respublikası Sovetski Rayon Administrasiyasının Mədəniyyət və Millətlərarası Münasibətlər Departamenti" Bələdiyyə Müəssisəsinin Millətlərarası Münasibətlər sektorunun müdiri Edem Ablyazov iştirak edib.
 
Krımın işğalçı Rusiya tərəfindən təyin olunmuş müftisi Əmirəli Ablayev salamlama çıxışında məscidin dindarların həyatında mühüm rolunu xatırladıb, çünki onlar üçün bu, sadəcə ibadət yeri deyil, həm də mənəvi həyat mərkəzi, ünsiyyət və icma dəstəyi platformasıdır. 
 
"Ümid edirik ki, bu dini bina hamımız üçün vacib olacaq, adət-ənənələrimizin və dəyərlərimizin möhkəmlənəcəyi bir yerə çevriləcək", - deyə qondarma Krım Müsəlmanları Ruhani İdarəsinin rəhbərinin təbrikini oxuyan Krım müftisinin müavini Əmir-Asan Umerov vurğuladı.
 
"Kənddə 60-dan çox Krım tatar ailəsi yaşadığı üçün gələcək məscidin heç vaxt boş qalmayacağını demək olar. Vostoçnı əhalisinin yarıdan çoxu İslam dininə etiqad edir. İbadətgah eyni anda 100-ə qədər ibadətçi qəbul edə biləcək. Hakimiyyət orqanları əvvəllər Krım tatarlarının sıx yaşadığı ərazilərdə tikinti işlərinin uşaq bağçaları və məktəblər problemini həll edəcəyini bildirmişdilər", - xəbərdə belə deyilir.
Избранный
27
1
moderator.az

2Источники