RU

Jurnalist kəşfiyyatçı çıxdı – Belarusda

“Nexta” telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviç Belarus kəşfiyyatının əməkdaşı olub.

NOCOMMENT.az “BELTA” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Uzun danışmayacağam. Protaseviç bizim kəşfiyyatımızın agentidir. Bizə onu saxlamaq lazım idi?”, – deyə Lukaşenko ritorik sual verib.

Protaseviçin göyərtəsində olduğu “Ryanair” reysinin endirilməsi hadisəsindən danışarkən Lukaşenko deyib ki, Belarus tərəfi həbsi həyata keçirməyə məcbur olub.

Onun sözlərinə görə, bomba təhlükəsi xəbəri veriləndə təyyarə artıq Vilnüs üzərində idi, lakin, nədənsə, onu geri qaytarıblar və Belarus paytaxtına yönəldiblər. “Minskə endi. Mən dedim: “Yaxşı, əməliyyat aparın, axı o, bu qaçanlarla kəşfiyyatçı kimi məxfi işləyirdi. Əməliyyatı lazım olduğu kimi aparın”, – prezident xatırladıb.

Lukaşenko xatırladıb ki, Protaseviç Yunanıstanda olarkən onları maraqlandıran hər şeyi kəşfiyyatçılara ötürmüşdü: “Tapşırığını aldı və geri uçdu. Vülnüs vasitəsilə oraya, işlədiyi yerə geri qayıdırdı. Bizi müxalifətçini saxlamaqda ittiham etdilər. Amma o, bizə müxalifətçi deyildi”.

Protaseviç 2021-ci ilin may ayında sevgilisi, Rusiya vətəndaşı Sofiya Sapeqa ilə Afinadan Vilnüsə qayıdırdı. Təyyarə mümkün bomba təhlükəsi səbəbindən Minskdə endirildi. Protaseviç və Sapeqa təyyarədən çıxarılıb həbs olundu. Bu, Avropa İttifaqının (Aİ) Belarusa hava sanksiyaları tətbiq etməsinə səbəb oldu. Aİ bütün Belarus aviadaşıyıcılarına öz hava məkanından istifadə etməyi qadağan etdi və Avropa aviaşirkətlərinə Belarus üzərində uçuşlardan çəkinmələri tövsiyə edildi.

“Nexta” 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərindən sonra Belarusda baş verən kütləvi etirazları işıqlandırırdı. Həmin ilin payızında redaksiyadan ayrılan Protaseviç 2021-ci ilin mayında həbs olunduqdan sonra Belarus hakimiyyəti ilə fəal əməkdaşlığa başlamışdı. 2023-cü ilin yazında o, hakimiyyəti ələ keçirmək üçün sui-qəsd üzrə işdə ittiham olunaraq səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi, lakin sonradan prezident Lukaşenko tərəfindən əfv edildi.

Xatirə SADİQ

Избранный
27
nocomment.az

1Источники