Hər il ənənəvi olaraq “PAŞA Qrup” şirkətlərinin əməkdaşlarının sinerjisini gücləndirmək və korporativ dəyərlərə sadiqliyini təşviq etmək məqsədilə keçirilən “Xəmsə” bilik yarışının qala gecəsi baş tutub.
“PAŞA Holdinq” və “Kapital Bank”ın təşkilatçılığı ilə keçirilən bu müsabiqə “PAŞA Holdinq” və onun strateji aktivlərində icra olunan layihələrin beş əsas korporativ dəyərə – “Dürüstlük”, “Sahibkarlıq ruhu”, “Keyfiyyət”, “Əməkdaşlıq” və “Gəlirliliyə” uyğunluğunu və onlara verdiyi töhfəni müəyyən edən ən böyük korporativ yarışdır.
30 oktyabr 2025-ci il tarixində keçirilən qala gecəsinin açılış nitqi “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov tərəfindən edilib.
Builki yarışda “Kapital Bank” iki layihə ilə qalibiyyət əldə edib. Belə ki, işəgötürən brendi olaraq böyük nüfuza sahib olan şirkət həm “Əməkdaşlıq” dəyəri üzrə əməkdaşların daxili kommunikasiyası üçün bütün imkanlara sahib olan “360 İntranet Portal” layihəsi, həm də “Keyfiyyət” dəyəri üzrə “Müştəri Şikayətlərinin İdarə olunmasında İnnovativ Transformasiya” layihəsi ilə mükafat qazanıb. Qrupdaxili səsvermənin yekun nəticələrinə əsasən, builki “Xəmsə” bilik yarışının qalibləri arasında “PAŞA Bank” iki, “PAŞA Sığorta” iki, “PAŞA Həyat Sığorta” isə bir layihə ilə yer alıblar.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynovun “Gəlirlilik” dəyəri üzrə qalibləri elan edərkən səsləndirdiyi fikir olub: “Gəlirlilik hər bir CEO-nun ən sevimli sözüdür. Amma bütün dəyərlərimiz – “Dürüstlük”, “Sahibkarlıq ruhu”, “Keyfiyyət”, “Əməkdaşlıq” və “Gəlirlilik” – bir arada olanda hər şey tamamlanır. Elə bu gün burada bir arada olmaq, enerjimizi paylaşmaq və uğurlarımızı qeyd etmək də bunun ən gözəl nümunəsidir”.
Qeyd edək ki, ötən il həyata keçirilən layihələrlə “Xəmsə” bilik yarışına müraciət edən komandaları “PAŞA Holdinq” və strateji aktivlərin rəhbər şəxslərinin də iştirak etdiyi münsiflər heyəti qarşısında təqdim ediblər. Bütün bu təqdimatlardan sonra qrup daxilində keçirilən açıq səsvermə nəticəsində ən çox səs toplayan layihələr qalib elan edilib.
Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün – https://kbl.az/prcrc.