RU

Raketlər sınaqdan keçirildi, Zelenski bəyan etdi Savaşda yeni dövr başlayır ?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna lideri Volodimir Zelenski Rusiyanın dərinliklərinə zərbələrin endiriləcəyinin anonsunu verib. O, yaxın vaxtlarda Rusiyaya uzun mənzilli zərbələrin endiriləcəyini bəyan edib.Bu barədə Demokrat.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ukraynanın Rusiyanın dərinliklərini vurmaq imkanları var və bunu sübut edib:"Doğrudur, indiyə qədər olan hücumlar PUA-lar ilə həyata keçirilən hücumlardır və Ukrayna PUA hücumlarından effektiv şəkildə istifadə etməklə Rusiyaya ağır zərbələr vurub. Rusiyanın enerji sektoruna, neft emalı zavodlarına ciddi zərbələr vurulub. Ukraynanın bundan əlavə Rusiyanın dərinliklərini vurmaq üçün özü­nün istehsalı olan "Neptun" və "Flamenqo" raketlərindən istifadə etməsi nəzərdə tutulur. Güman edirəm ki, Zelenskinin anonsu məhz bununla bağlıdır, çünki bir müddət öncə "Flamengo" raketləri sınaqdan keçirildi və onların həm dəqiqlik, həm də məsafə baxımından effektiv olduğu sübuta yetirildi.

Bu baxımdan Ukraynanın öz istehsalı olan vasitələrlə Rusiyanın dərinliklərinə zərbə endirmək imkanları var. Təbii ki, dərinliklərə zərbələr endirilməsi Rusiya üçün də kifayət qəti nəticələrə gətirib çıxaracaq və nəticələr bundan ibarət olacaq ki, Ukrayna ənənəvi olaraq Rusiyanın strateji obyektlərini vuracaq. Konkret olaraq hədəflər strateji məntəqələr olacaq, bu da Rusiyanın potensialına təsir edəcək.Nəzərə alsaq ki, PUA-larla həyata keçirilən hücumların nəticəsində Rusiyanın neft emalı zavodlarının istehsal gücü təxminən 40%-ə qədər azalıb. Bu cür raket zərbələri ilə Rusiyadakı strateji obyektlər, enerji sektoru, hərbi sənaye kompleksinə daxil olan zavod, fabrik və digər istehsal sahələri də hədəfə alına bilər".Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
demokrat.az

1Источники