RU

Tıxacda əks yola çıxan avtobus sürücüsü Bu marşrut xəttindən sərnişinlər də narazıdır FOTO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Nizami rayonunda sürücü təhlükəli vəziyyətlə üzləşib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Əli Vəliyev küçəsində qeydə alınıb. Belə ki, 90-VT-541 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı 12 nömrəli marşrut avtobusu küçədə əks istiqamətə çıxıb. Nəticədə avtobusla qarşıdan gələn digər nəqliyyat vasitəsi üz-üzə qalıb və sürücü baş verənləri çəkə bilib.

Şikayətçi bildirib ki, Əli Vəliyev küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsində quraşdırılan işıqforun müddəti azdır. Buna görə də Əli Vəliyev küçəsində uzun müddət gözləməli olan sürücülər həmin qısa müddəti gözləmək istəmir və çox vaxt səhər saatlarında belə hallar yaşanır. Təkcə bu avtobus yox, başqa sürücülər də tıxacda gözləməmək üçün əks istiqamətə çıxır.

Onu da qeyd edək ki, sürücünün belə davranışı təkcə nəqliyyat vasitələri idarəçiləri üçün yox, elə sərnişinlərin də təhlükəsizliyini risk altına atıb. Ərazidə yaşayan sakinlər sosial şəbəkələrdə yayılan şəkilə rəy bildirərək urğulayıb ki, 12 nömrəli avtobus marşrutunun sürücüləri vaxtaşırı belə hərəkətlər edir. Ya əks yola çıxır, ya dayanacaqda saxlamır, ya öz yolu ilə getməyib kəsdirmələrə üz tutur, ya da normal qrafiklə işləmirlər. Bu baxımdan aidiyyəti qurumların həmin marşrut xəttini nəzarətə götürmələrini və problemin həllini tələb ediblər.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
avtosfer.az

2Источники