RU

Qubada qadın həmcinsinə xəsarət yetirdi

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Quba rayonunda qadınlar arasında mübahisə yaranıb, xəsarət alan var. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 18-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Əsmər həmin gün saat 13 radələrində yaşadıqları evin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu İlhamənin üz nahiyyəsindən əlindəki ağac kötüyü ilə vurub. Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində Quba Rayon Polis Şöbəsinə şikayət etdiyi İlhamə adlı xanım onun qonşuluğunda yaşayır: “Bu zamana qədər qonşuluğumuzda yaşayan İlhamə adlı xanım ilə dəfələrlə mübahisələrimiz olub. Hadisə günü, saat 13 radələrində İlhamənin yaşadığım evin qarşısına çirkab suyu tökdüyü və həyətin çəpərini əzdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə əsnasında qadın məni nalayiq ifadələr ilə söyərək təhqir etdi. Həmin ərəfədə saç nahiyyəsindən yapışaraq onu döydüm. O da özünü müdafiə məqsədi ilə məni vurdu”. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə vaxtı İlhamə onun üzərinə əlində ağac kötüyü ilə gəlib: “Bu zaman özümü müdafiə etmək məqsədi ilə həmin ağac kötüyündən tutduğu zaman onu itələşdim. İtələşən zaman həmin ağac kötüyünün həm mənim, həm də zərərçəkmiş şəxsin baş nahiyyəsindən dəydi. Mübahisə zamanı heç bir nalayiq ifadə işlətməmişəm”. İş üzrə zərərçəkmiş İlhamənin sözlərinə görə, hadisə günü həyətdə inək südü sağmaq üçün istifadə etdiyi vedrəni yumaq məqsədi ilə yaşadığı evdən təqribən 15 metr sağ tərəfdə boş sahədə yerləşən kəndin bulaq suyundan istifadə etmək məqsədi ilə oraya getdiyi zaman qonşuluğuda yaşayan Əsmərin yaşadığı evin pəncərisindən onun ünvanına səbəbsiz yerə nalayiq ifadə səsləndirib: “Həmin zaman ona əhəmiyyət verməyərək yoluna davam etdim. Bir neçə dəqiqə sonra yaşadığım evə geri qayıtdığın zaman Əsmərin yaşadığım evin qarşısında dayandığını gördüm. Məni görən kimi ünvanıma nalayiq ifadə səsləndirdi, üzərimə hücum çəkdi və saç nahiyyəmdən yapışdı. Həmin zaman özümü müdafiə etmək məqsədi ilə ona qarşılıq verdim. Mənə qarşı səbəbsiz yerə nalayiq ifadələr səsləndirdi, məni döydü. Bunun üçün ona qarşı yalnız bir nalayiq ifadə səsləndirdim. Bundan sonra Əsmər əlində tutduğu ağac kötüyü ilə sağ göz və alın nahiyəmdən vurdu. Nəticədə huşumu itərərək yerə yıxıldım. Məni Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırdılar”.Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən zərərçəkən təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
demokrat.az

1Источники