RU

Xabi Alonso Vinisius dəftərini bağladı

“Real Madrid”in baş məşqçisi Xabi Alonso "El Klasiko" zamanı hərəkətlərindən sonra üzr istəyən Vinisius Junior haqqında açıqlama verib. Metbuat.az xəbər verir ki, o, futbolçu ilə barışdıqlarını açıqlayıb. Alonso futbolçuya cəza verilməyəcəyini və məsələnin bağlandığını ifadə edib.

Qeyd edək ki, “Real”ın 2-1 hesablı qələbəsi ilə yekunlaşan “Barselona” matçında Vinisius Junior 72-ci dəqiqədə əvəzlənib. Futbolçu buna etiraz edərək, “Komandadan gedirəm, getməyi üstün tuturam, gedirəm”, - deyə bildirib. Ardınca Vinisius sosial mediada azarkeşlərdən, klubdan və prezidentdən, eləcə də məşqçilər heyətindən və komanda yoldaşlarından üzr istəyib.

Избранный
25
metbuat.az

1Источники