RU

ABŞ və Kanada ticarət danışıqlarını bərpa etməyəcək - Tramp

ABŞ prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə bildirib ki, ABŞ və Kanada ticarət danışıqlarını bərpa etmək planında deyil.

Ucnoqta.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Amerika lideri bu şərhi ABŞ-da Kanada rəsmiləri tərəfindən maliyyələşdirilən və idxal tariflərini tənqid edən reklamın yayımlanması səbəbindən Ottava ilə ticarət danışıqlarının başa çatdığını elan etdikdən bir həftə sonra edib.

Bu arada, ABŞ-nin Enerji katibi Kris Rayt ölkənin məqsədinin Kanada ilə vacib minerallar, neft və qaz üzrə ticarət müzakirələrinə qayıtmaq olduğunu bildirib.

Lakin o, iki ölkə arasındakı fikir ayrılıqlarının əhəmiyyətli səbəblərdən yarandığını vurğulayıb.

Избранный
129
6
ucnoqta.az

10Источники