RU

Paşinyan Rusiyanın “kölgə ordusu”na qarşı əməliyyata başladı – növbədənkənar seçkilərə hazırlaşır

"Ermənistan Baş naziri Nikol Paşinyanın baş keşiş İkinci Qaregini vəzifədən uzaqlaşdırmaq və kilsəni onun tərəfdarlarından təmizləmək prosesi uğurla həyata keçirilməsi gözlənilir.

Rusiya bağlı kilsə-muxalifət tandemi ordu içərsində iş aparıb. Məqsəd N. Paşinyana qarşı bir və yaxud iki hərbi hissənin qiyamını təşkil etmək və çevrilş prosesini planlaşdırmaqdır".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edir ki, Ermənistan ordusunun Eçmiədzində yerləşən hərbi hissəsində həyata keçirilən həbslər bunun nəticəsidir:

"N.Paşinyan da dəqiq kəşfiyyat məlumatları var ki, bu kimi həbslər həyata keçirilir. Həbs edilən hərbiçilər Kilsə və müxalifət əleyhinə ifadələr verməklə, dövlət çevrilişi cəhdlərini ortaya çıxacaq.

N. Paşinyan Rusiyanın onun əleyhinə formalaşdırmağa çalışdığı bütün siyasi təsisatları sıradan çıxarır. Ermənistanı 90- cı illər Moskvadan asılı siyasətinə qaytarmaq istəyən siyasi -dini sistemi siyasi səhnədən silməklə, yeni bir siyasi sistem yaradır. Bu siyasi sistem Azərbaycanla sülhə və Türkiyə ilə normallaşma prosesinə əsaslanır".

Politoloqun fikrincə, cərəyan edən siyasi hadisələr onu deməyə əsas verir ki, N. Paşinyan növbədənkənar seçkilərə gedəcək:

"Bununla da gələn ilin payızına kimi Azərbaycanla yekun sülh müqaviləsinin bağlanması mümkündür".

 

Xalidə Gəray
Musavat.com

Избранный
16
musavat.com

1Источники