RU

“Bornmut” rəhbərliyi və məşqçilər möcüzə yaradır”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın sürpriz komandası “Bornmut”u tərifləyib.

90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis bildirib ki, yayda bir neçə əsas oyunçusunu itirməsinə baxmayaraq, “Bornmut” bu mövsüm inanılmaz nəticə göstərir:

“Bornmut”un işi heyrətamizdir. Klub rəhbərliyi, idman direktoru, məşqçilər və futbolçular arasında mükəmməl koordinasiya var. Onların sabit oyun fəlsəfəsi dəyişmir. 3-4 əsas oyunçunu top-klublara satıb, eyni zamanda komandanı bu səviyyədə saxlayırsansa, bu, səhnəarxasında aparılan möhtəşəm işin nəticəsidir.”

Qvardiolanın komandası “Mançester Siti” noyabrın 2-də “Etihad” stadionunda “Bornmut”u qəbul edəcək.

Избранный
29
90deqiqe.az

1Источники