RU

​Rusiya bəzi avropalı nümayəndələrin ölkəyə girişini qadağan etdi

Rusiya bəzi Avropa nümayəndələrinin ölkəyə girişini qadağan edib. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, Rusiya Avropa Birliyinin yeni sanksiyalarına cavab olaraq belə qərar qəbul edib. Açıqlamada Avropanın qərarının qanunsuz olduğu qeyd edilib.

Bildirilib ki, Avropanın qərarına cavab olaraq Rusiya tərəfi sanksiya siyahısını genişləndirib və bu siyahıya Avropa qurumlarının, AB üzv dövlətlərinin və Brüsselin anti-Rusiya siyasəti ilə razılaşan bəzi Avropa dövlətlərinin nümayəndələri daxil edilib. Sanksiya siyahısına daxil olan şəxslərin sayı barədə məlumat verilməyib.

Избранный
23
metbuat.az

1Источники