“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hücumçu Omar Marmuş barədə fikirlərini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis oyunçunun performansından razı qaldığını deyib:
“Hücumçular üçün qollar hər zaman inam yaradır. Ümid edirəm ki, Marmuş həm qol sayında, həm də ümumi oyun səviyyəsində inkişafını davam etdirəcək”
Misirli futbolçu zədəsini sağaldıqdan sonra Liqa Kubokunda “Suonsi”yə qarşı oyunda qol vurub.“Mançester Siti” noyabrın 2-də Premyer Liqa çərçivəsində “Bornmut”u qəbul edəcək. Hazırda komanda 9 turdan sonra 5-ci pillədə qərarlaşıb.