RU

Mbappe La Liqada ayın ən yaxşı futbolçusu seçilib

“Real”ın hücumçusu Kilian Mbappe İspaniya La Liqasının oktyabr ayı üzrə ən yaxşı oyunçusu adını qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu ardıcıl ikinci dəfə bu mükafatın sahibi olub. Mbappe oktyabr ayında La Liqada keçirdiyi hər üç oyunda fərqlənib və komandasının turnir cədvəlinin liderlər qrupunda qalmasına mühüm töhfə verib.

Qeyd edək ki, 25 yaşlı forvard sentyabrda da analoji mükafata layiq görülmüşdü – o zaman Mbappe dörd oyun ardıcıl qol vurmuşdu.

Hazırda “Real” noyabrın 1-də keçiriləcək “Valensiya” ilə ev oyununa hazırlaşır. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Избранный
25
90deqiqe.az

1Источники