Xalq artisti Röya Ayxan yaradıcılığının 25 illik yubileyini möhtəşəm konsert proqramı ilə qeyd edib.
NOCOMMENT.az xəbər verir ki, “25 ilin səsi, bir ömrün musiqisi” adlı konsert Heydər Əliyev Sarayında baş tutub.
Səhnəyə xüsusi hazırlıqla çıxan estrada ulduzu həm musiqi seçimi, həm də səhnə performansı ilə tamaşaçılardan böyük alqış alıb. Konsert boyu Röya həm nostalji mahnılarını, həm də son illərin sevilən hitlərini səsləndirib.
Gecədə sənətçinin ifaları canlı orkestrin müşayiəti ilə təqdim olunub.