RU

Nevadada 300-dən çox insanın qalıqları tapıldı

BAKI, 01 noyabr. TELEQRAF

ABŞ-nin Nevada səhrasında, Las Veqas yaxınlığında 300-dən çox insanın kremasiya olunmuş qalıqları aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Qalıqlarda şəxsiyyəti müəyyənləşdirən heç bir məlumatın olmaması səbəbindən kimliklərin müəyyən edilməsi demək olar ki, mümkün deyil. Rəsmilər hesab edir ki, kül qalıqları dəfn bürosunun əməkdaşları tərəfindən atılıb.

Məlumata görə, tapılan qalıqlar birgə məzarda dəfn ediləcək.

Избранный
74
teleqraf.com

1Источники