Bakı. Trend:
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT)növbəti sammiti Şençjendə keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasınınsədri Si Cinpin Kyonqjuda keçirilən ASİƏT sammitində yekun nitqindəbildirib.
"Çin 2026-cı ilin noyabr ayında keçiriləcək ASİƏT liderləriningörüşünün məkanı olaraq Şençjen şəhərini seçib”, - deyə o bildirib.Si Cinpin Şençjen şəhərinin balıqçı kəndindən müasir, çiçəklənənbir şəhərə çevrilməsini Çin xalqının etdiyi möcüzə adlandırıb.
Çin sədrinin sözlərinə görə, Honkonq, Makao və Şençjenşəhərlərini əhatə edən bu region "qlobal iqtisadi artımın vacibmühərrikidir".