Misli Premyer Liqasında X turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu günün ilk oyununda "Karvan-Yevlax" və "Zirə" üz-üzə gələcək.

Ötən tur "Sumqayıt"ı məğlub edən "qartallar" 16 xalla 3-cü yerin sahibidir.

Yevlax təmsilçisi isə 5 xalla 11-ci yerdədir.

Misli Premyer Liqası, X tur

1 noyabr (şənbə)

14:00 Karvan-Yevlax” – “Zirə”

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli

VAR: Elçin Məsiyev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Əmrah İbrahimov 

AFFA nümayəndəsi: Elman Musayev

Şamaxı şəhər stadionu