Misli Premyer Liqasının X turunda bu gün daha 2 oyun keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, günün ilk qarşılaşmasında "Karvan-Yevlax" Şamaxıda "Zirə"ni qəbul edəcək.
Matç saat 14:00-da başlayacaq. Dördpendirli pizza
Ardınca "Neftçi" autsayder "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək.
"Palms Sports Arena"da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.
"Zirə" 16 xalla üçüncü sırada qərarlaşıb.12 xalı olan "Neftçi" səkkizinci, 5 xala malik "Karvan-Yevlax" onbirincidir. Cari mövsüm cəmi 1 qələbəsi olan "Kəpəz" 3 xalla sonuncu - onikinci pillədə yer alıb.
Telegram kanalımız