RU

Dünya bazarlarında qızılın qiyməti 4 min dollardan aşağı enib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya əmtəə bazarlarında qızılın qiyməti 4 min dollardan aşağı enib.

"APA-Economics" xəbər verir ki, noyabrın 1-də qızıl və gümüşün qiyməti dünya bazarlarında ucuzlaşıb.

Comex birjasında qızılın (Gold Futures) bir unsiyası 19,40 ABŞ dolları və ya 0,48% azalaraq 3 996,50 ABŞ dollarına, spot qızılın (Gold Spot) qiyməti isə 21,62 ABŞ dolları və ya 0,54% azalaraq 4 002,92 ABŞ dollarına enib.

“Comex”də gümüşün (Silver Futures) bir unsiyası isə 0,46 ABŞ dolları və ya 0,94% azalaraq 48,16 ABŞ dolları təşkil edib.

Məlumata görə, qiymətlərin azalmasına ABŞ dollarının möhkəmlənməsi və investorların riskli aktivlərə meylinin artması səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
8
apa.az

10Источники