Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəslə oğlu Əhməd Tatlısəs arasında məhkəmə başa çatıb.
Teleqraf xəbər verir ki, İzmir 2-ci Ailə Məhkəməsi İbrahim Tatlısəsin tələbi əsasında Əhməd Tatlısəs barəsində uzaqlaşdırma qərarı çıxarıb.
Məhkəmə oğul Tatlısəsə elektron qolbaq taxılmasına qərar verib.
Qərara əsasən, Əhməd Tatlısəs atasına 3 kilometrdən çox yaxınlaşa bilməyəcək. Qərarı pozub atasına yaxınlaşarsa, təhlükəsizlik qüvvələri dərhal müdaxilə edəcək.
Qeyd edək ki, ata-oğul arasında münaqişə miras üstündədir.