RU

İcra başçısının keçmiş müavininə hökm oxunub - FOTO

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə araşdırması başa çatıb.

"Bakuinfo" Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Vəfa Allahverdiyeva dəymiş ziyanı ödədiyindən cinayət işinə xitam verilib. Onunla birgə mühakimə edilən Təranə Bağırovaya isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, V.Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.

Vəfa Allahverdiyeva həbsdə deyildi.

 

Избранный
10
10
bakuinfo.net

10Источники